...

Ən sevdiyi yeməklər süngər və sabundur (FOTO)

Maraqlı Materials 1 Mart 2012 12:22 (UTC +04:00)
Pika adlanan nadir xəstəliyə mübtəla olmuş Kerri Trebilkok bu günə kimi 4 min süngər və 100-ə qədər sabun yeyib.Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyət” qəzeti xəbər verir.
Ən sevdiyi yeməklər süngər və sabundur (FOTO)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir X.Murtuzayeva/

Pika adlanan nadir xəstəliyə mübtəla olmuş Kerri Trebilkok bu günə kimi 4 min süngər və 100-ə qədər sabun yeyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti xəbər verir.

Süngərləri müxtəlif şirələr və ya souslarla birlikdə yeməyə üstünlük verməsi onun qidalanma üçün yararsız olan maddələri yemək istəyindən irəli gəlir. Yediyi sabunların isə organik və meyvə ətirli olmasına üstünlük verir.

Stomotoloji poliklinikaların birində tibb bacısı kimi çalışan Kerri qeyri-adi şəkildə qidalanması səbəbindən tez-tez ishal və ya qəbizlik, mədə spazmları kimi nasazlıqlarla üzləşir.

Tibb bacısı 2008-ci ildə 21 yaşında olarkən Mərakeşə səfəri zamanı ankilostomoz xəstəliyinə tutulduğunu və bunun ardından süngər və sabun yeməyə başladığını söyləyir.

Bir gün xəstəliyə qalib gələcəyinə, vanna qəbul edərkən və qab yuyarkən aclıq hiss etməyəcəyinə inandığını söyləyən Kerri xəstəliyin ilk dəfə ortaya çıxdığı günü belə xatırlayır: "Bir axşam bir qab xörək və bir böyük porsiya dondurma yedikdən sonra özümün yenə ac olduğumu hiss etdim. Başımı qarışdırmaq üçün qabları yumağı qərara aldım. Paketdən çıxardığım yeni bir süngəri bir stəkan su ilə yeməyə başladım. Dadsızdı, amma yenə də əyləncəli idi".

Süngərləri və iri doğranmış sabunları bəzən peçenye kimi çay və ya isti şokoladla yeyən Trebilkok forumlarda özü kimi Pika xəstəliyindən əziyyət çəkənlərlə əlaqə saxlayır.

Qeyd edək ki, Pika xəstəliyi mərkəzi sinir sitfeminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur.

Xəbər lenti

Xəbər lenti