...

Planetin ən qoca qadını vəfat edib

Maraqlı Materials 8 Oktyabr 2012 10:05 (UTC +04:00)
Gürcüstanda planetin ən qocaman sakini, 132 yaşlı Antisa Xviçava vəfat edib. Trend-in məlumatına görə, bu barədə "Qruziya online" saytı xəbər verir.
Planetin ən qoca qadını vəfat edib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Gürcüstanda planetin ən qocaman sakini, 132 yaşlı Antisa Xviçava vəfat edib. Trend-in məlumatına görə, bu barədə "Qruziya online" saytı xəbər verir.

Şəxsiyyət vəsiqəsinə görə, Xviçava 1880-ci il iyulun 8-də Rusiya İmperiyası ərazisində doğulub. Gürcüstan hakimiyyəti "Ginnesin Rekordlar Kitabı"ndan bu məlumatı yoxlamağı xahiş edib. Yoxlama rəsmi məlumatın həqiqiliyini təsdiqləyib. Belə ki, kağızlar onun həqiqətən II Aleksandrın çarlığı dövründə anadan olduğuna dəlalət edir.

Antisa Xviçava bütün həyatı boyu Gürcüstanın qərbindəki Saçino kəndində yaşayıb, sovxozda və çay plantasiyasında işləyib, yalnız 85 yaşında təqaüdə çıxıb. Xviçava 130 yaşını doğmalarının və yaxınlarının əhatəsində qeyd edib.

KİV-in məlumatına görə, uzunömürlü qadın nərd oynamağı sevirmiş. O, ömrünün son gününə kimi ruh yüksəkliyini, fikirlərinin aydınlığını və əqli ayıqlığını qoruyub saxlaya bilmişdi. Onu tanıyanlar qadının heç vaxt xəstələnmədiyini və bayramlarda bir qədəh tünd spirtli içkidən heç vaxt imtina etmədiyini bildirirlər.

"O, çox mütərəqqi insan idi. Ölümündən bir az əvvəl nəticələrindən ona kompyuterdə işləməyi öyrətmələrini xahiş etmişdi", - Samoqrelo-Zemo Svaneti regionu administrasiyasının nümayəndəsi bildirir.

Bundan başqa, gürcü qadın həm də ən yaşlı analardan biri olub. Belə ki, o, üçüncü uşağını 60 yaşında dünyaya gətirib. Antisa Xviçavanın 10 nəvəsi, 12 nəticəsi və 6 kötücəsi qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti