...

Azərbaycanda mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər

Cəmiyyət Materials 31 Oktyabr 2012 12:46 (UTC +04:00)
Yaxın illərdə Azərbaycanda orta məktəblərin mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər.
Azərbaycanda mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın illərdə Azərbaycanda orta məktəblərin mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

"Biz hələ ki, bununla bağlı məsləhətləşirik, ictimai fikri öyrənirik. Amma hər halda bəzi ölkələrin təcrübəsi göstərir ki, bu sistem özünü doğruldur, bəzilərinin təcrübəsi isə onu göstərir ki, bu, özünü doğrultmur. Biz də bu təcrübələri öyrənməliyik", - Hacıyev bildirib.

O, əlavə edib ki, ali məktəblərə testlə qəbulun ləğv edilməsinin tərəfdarı deyil.

"Şəxsən mən bu gün testin ləğvini deyil, onun daha da təkmilləşdirilməsinin tərəfdarıyam. Testlərin hazırlanma səviyyəsi, "Təhsil haqqında" qanunda nəzərdə tutulan bəzi müddəaların olduğu kimi təsbit olunması, regional mərkəzlərin yaradılması, abituriyentlərə maksimum səviyyədə seçim imkanlarının yaradılmasıdır. Artıq bu təcrübələr tətbiq olunur", - Hacıyev əlavə edib.

O qeyd edib ki, "Ali təhsil haqqında" qanun layihəsi yekunlaşmayıb. Layihə hazırda işçi qrupu səviyyəsində hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti