...

Boeing-in qəzaya uğradığı qəsəbə sakinləri: Elə bildik zəlzələ baş verir

Dünya xəbərləri Materials 16 Yanvar 2017 12:56 (UTC +04:00)
Qırğızıstanda Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğradığı Daça-Suu qəsəbəsinin sakinləri qəzadan sonrakı anları təsvir ediblər.
Boeing-in qəzaya uğradığı qəsəbə sakinləri: Elə bildik zəlzələ baş verir

Bakı. Trend:

Qırğızıstanda Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğradığı Daça-Suu qəsəbəsinin sakinləri qəzadan sonrakı anları təsvir ediblər.

Trend RİA Novosti-yə istinadən bildirir ki, sakinlər təyyarənin binaya çırpıldığı an bərk uğutu səsi eşidiblər və zəlzələ baş verdiyini güman ediblər.

Bundan başqa, sakinlərin sözlərinə görə, təyyarə qəzalı eniş edərkən ərazidəki ağacların yuxarı hissələrini qırıb. Hazırda təyyarənin qalıqları ağaclaırn başında qalmaqdadır.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti