...

Litva nümayəndə heyəti: Avropanın bəxti gətirdi ki, Avropa Oyunlarını məhz Azərbaycan keçirir

Baku 2015 : EUROGAMES Materials 9 May 2015 21:00 (UTC +04:00)
Avropanın bəxti gətirdi ki, I Avropa Oyunlarını məhz Azərbaycan keçirir.
Litva nümayəndə heyəti: Avropanın bəxti gətirdi ki, Avropa Oyunlarını məhz Azərbaycan keçirir

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Cəmilə Əliyeva/

Avropanın bəxti gətirdi ki, I Avropa Oyunlarını məhz Azərbaycan keçirir. Bunu Trend-ə Litvanın Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Einius Petkus deyib.

O, qeyd edib: "Nəhayət ki, idmanın müxtəlif növlərinin nümayəndələrinin bir qitədə birləşəcəyi tədbirimiz olacaq. Bu, çox maraqlı və cəlbedici çağırışdır. Avropa Oyunları qitə idmançılarının Olimpiya Oyunlarında daha çox medal qazanmasına xidmət edəcək".

E.Petkus bildirib ki, Azərbaycan Oyunların keçirilməsinə yaxşı hazırlaşıb, yaradılmış infrastruktur digər belə tədbirlərin təşkilinə də kömək edə bilər: "Əminik ki, atletlərimizin məşq etməsi və yarışması üçün yaxşı şərait olacaq. Bakı gözəl şəhərdir, arenalar heyrətləndirir, görünür ki, idman bu ölkə üçün çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti