...

Yerli ulduz Bakı 2015-də, öz vətənində mübarizə aparacağı üçün fəxr edir

Baku 2015 : EUROGAMES Materials 12 May 2015 16:50 (UTC +04:00)
Azərbaycanlı yeniyetmə Suğraxanım Müqabilzadə Bakı-2015 Avropa Oyunlarının veb-səhifəsi üçün hazırlanan videoçarxda Bakı-2015 hazırlıqları və keçirdiyi qürur hissi barədə danışdı.
Yerli ulduz Bakı 2015-də, öz vətənində mübarizə aparacağı üçün fəxr edir

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycanlı yeniyetmə Suğraxanım Müqabilzadə Bakı-2015 Avropa Oyunlarının veb-səhifəsi üçün hazırlanan videoçarxda Bakı-2015 hazırlıqları və keçirdiyi qürur hissi barədə danışdı.

Trend-in məlumatına görə, Nanjin-2014 Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən və Bakıda keçirilmiş Federasiyalar kubokunda üçüncü yeri tutan 16 yaşlı idmançı yaşının az olmasının hərdən onu narahat etdiyini bildirib: "Mən bu yarışda mübarizə aparan ən gənc idmançılardan biriyəm. Mənim bu cür irimiqyaslı yarışlarda digər idmançılar qədər təcrübəm yoxdur və bu amil bəzən məni narahat edir, lakin eyni zamanda turnirə ruhlandırır və mən buna hazıram".

Gənc ulduz vətənində Birinci Avropa Oyunlarında mübarizə aparacağı üçün fəxr etdiyini bildirdi: "Bu cür irimiqyaslı və mötəbər yarışın mənim vətənimdə gerçəkləşməsi möhtəşəmdir. Bu, həqiqətən, məni həyəcanlandırır. Bu, bir şərəfdir və mənə qürur hissi verir".

"İdmançılar diqqət mərkəzində" silsilə proqramın davamı olan bu videonu http://www.baku2015.com/video/index.html internet səhifəsində izləmək olar.

Bakı 2015-in kamandan oxatma yarışları iyunun 16-dan başlayaraq, 7 gün ərzində Tofiq Bəhramov Stadionunda keçiriləcək. Kamandan oxatma üzrə kişilərin, qadınların və qarışıq komanda yarışlarında Avropanın müxtəlif ölkələrindən 128 idmançı 5 medal dəsti uğrunda mübarizə aparacaq.

Biletləri, birbaşa Park Bulvar, 28 Mall və Metro Park alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının müxtəlif yerlərində quraşdırılmış 12 əlverişli bilet satış məntəqəsindən, yaxud www.baku2015.com/tickets saytından onlayn qaydada almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti