...

Fələstin səfiri: Avropa Oyunları Azərbaycanın dinamik inkişafını təsdiq edir

Baku 2015 : EUROGAMES Materials 13 May 2015 16:44 (UTC +04:00)
"Bakıda I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın öz dinamik iqtisadi və sosial inkişafında nə qədər irəli getdiyini təsdiq edir, eləcə də Azərbaycanın müstəqillik əldə etməsindən etibarən müxtəlif sahələrdə qazandığı tərəqqi və uğurlardan xəbər verir".
Fələstin səfiri: Avropa Oyunları Azərbaycanın dinamik inkişafını təsdiq edir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Cəmilə Əliyeva/

"Bakıda I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın öz dinamik iqtisadi və sosial inkişafında nə qədər irəli getdiyini təsdiq edir, eləcə də Azərbaycanın müstəqillik əldə etməsindən etibarən müxtəlif sahələrdə qazandığı tərəqqi və uğurlardan xəbər verir".

Bunu Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.

Onun sözlərinə görə, Azərbaycanı belə vacib tədbir keçirən gənc dünyəvi dövlət qismində görməkdən xoşbəxtdir.

Səfir qeyd edib ki, Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ölkəmizin həyat qabilliyyəti və enerjisini nümayiş etdirmək üçün də vacib platformadır: "Azərbaycan tədbirin möhtəşəm keçirilməsi üçün çox səy göstərir. Əminəm ki, Avropa Oyunları, ölkədə daha əvvəl təşkil edilmiş beynəlxalq tədbirlərdə gördüyümüz kimi, yüksək səviyyədə keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti