...

"Qeyri-qanuni fəaliyyət göstərən taksilər Avropa Oyunları zamanı Bakıya daxil ola bilməyəcək"

Baku 2015 : EUROGAMES Materials 20 May 2015 15:03 (UTC +04:00)
Bakı-2015 ilk Avropa Oyunları zamanı Bakının şimal və qərb girəcəklərində xüsusi mühafizə olunan parklanma yerləri yaradılacaq. Sürücülər maşınlarını burada saxlaya biləcəklər.
"Qeyri-qanuni fəaliyyət göstərən taksilər Avropa Oyunları zamanı Bakıya daxil ola bilməyəcək"

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Azad Həsənli/

Bakı-2015 ilk Avropa Oyunları zamanı Bakının şimal və qərb girəcəklərində xüsusi mühafizə olunan parklanma yerləri yaradılacaq. Sürücülər maşınlarını burada saxlaya biləcəklər. Bu barədə Trend-ə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

O, qeyd edib ki, bu parklanma yerlərindən avtobusla şəhərə gəlmək mümkün olacaq: "Bu, Bakının mərkəzində şəxsi avtomobil nəqliyyatının axınını azaltmaq üçün edilir. Bu tədbirlər müvəqqəti xarakter daşıyır, yalnız Avropa Oyunları zamanı keçərli olacaq".

Bundan başqa, nazir müavininin sözlərinə görə, qeyri-qanuni taksi fəaliyyətində istifadə olunan, rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə daxil olması qadağan olunacaq: "İlk Avropa Oyunları zamanı çox sayda insanın paytaxta gələcəyi ilə əlaqədar nəqliyyatın hərəkətinin tənzimlənməsi üzrə müvafiq qərarlar qəbul edilib. Rayon qeydiyyatında olan maşınların Bakıya daxil olması ilə bağlı qadağa da yollarda mümkün problemlərin aradan qaldırılmasına imkan yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti