Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Maksim Tsurkov/
İlk Avropa Oyunları kimi böyük layihələrin Azərbaycanda reallaşdırılması ölkənin gücünü əyani şəkildə nümayiş etdirir. Bu barədə Trend-ə bu gün Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, bu cür idman yarışlarının uğurlu şəkildə təşkil olunması Azərbaycanın dünya arenasındakı nüfuzunu artıracaq: "Belə layihələrin reallaşdırılması Azərbaycanın artan gücünü və əhəmiyyətini əyani şəkildə nümayiş etdirir".
M.Məmmədov bildirib ki, I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək: "Böyük hazırlıq işləri görülür. İdmançılarımızın uğurla çıxış etməsini istəyirik".