...

Mədəniyyət və Turizm Nazirliyi: I Avropa Oyunlarında Mingəçevirə gələcək turistlər xoş təəssüratlar yaşayacaq

Baku 2015 : EUROGAMES Materials 29 May 2015 13:26 (UTC +04:00)
“Bakı-2015” Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında iştirak edəcək idmançıların, yarışları izləyəcək qonaqların, turistlərin ölkəmizdən xoş təəsüratlarla qayıtması üçün lazımi işlər görülüb.
Mədəniyyət və Turizm Nazirliyi: I Avropa Oyunlarında Mingəçevirə gələcək turistlər xoş təəssüratlar yaşayacaq

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

"Bakı-2015" I Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında iştirak edəcək idmançıların, yarışları izləyəcək qonaqların, turistlərin ölkəmizdən xoş təəssüratlarla qayıtması üçün lazımi işlər görülüb.

Trend xəbər verir ki, bu barədə Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda keçirilən zona müşavirəsində məlumat verilib.

Müşavirədə qeyd olunub ki, idmançıların, turistlərin ölkəmizdən xoş təəssüratlarla qayıtması üçün QHT nümayəndələri, gənclər, mədəniyyət sahəsində çalışan insanların da fəallıq nümayiş etdirməsi vacibdır.

Tədbirdə məlumat verilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində bu məsələlərlə bağlı yeni sayıla biləcək istiqamətlər müəyyənləşdirilib. Bu da mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lər ilə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsidir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan ilk müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Artıq mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-ci il üçün də müsabiqə elanı verilib. Müsabiqəyə 95 layihə təqdim edilib. Qaliblərin seçilməsi üçün layihələr Müsabiqə Komissiyasına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti