...

Rabitə Nazirliyi Avropa Oyunları çərçivəsində prioritetləri müəyyənləşdirdi

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 19:53 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası I Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.
Rabitə Nazirliyi Avropa Oyunları çərçivəsində prioritetləri müəyyənləşdirdi

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası I Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib. Bu barədə Trend RYTN-ə istinadən məlumat verir.

Qərara əsasən, sadalanan istiqamətlər üzrə görülmüş işlərin lazımi səviyyədə yerinə yetirilməsi və başa çatdırılması nəzərə alınmalıdır.

Qərarda qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində və Oyunların keçiriləcəyi müddətdə RYTN-in öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.

Nazirlikdə iyunun 30-dək Oyunlarla əlaqədar "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İnteqrasiya qrupunun iclaslarında iştirak təmin ediləcək və iclasların qərarları üzrə müvafiq tədbirlər görüləcək.

RYTN-in birlik və müəssisələri, mobil və özəl telekommunikasiya operatorlarına BAOƏK-lə razılaşdırılaraq nazirlikdən göndərilmiş müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək.

Bundan başqa, BAOƏK-in Texniki Əməliyyat Mərkəzinin fəaliyyəti nəzarətdə saxlanılacaq və RYTN-in öhdəlikləri üzrə yarana biləcək problemlərə dair operativ tədbirlər görüləcək.

Bakı şəhərinin zəruri ərazilərində "Wi-Fi" xidmətlərinin keyfiyyətinə nəzarət təmin ediləcək.

Mobil rabitə xidmətləri üzrə aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək.

I Avropa Oyunları ilə əlaqədar olaraq BAOƏK-ə ayrılmış tezliklərin müdafiəsi və efirin monitorinqinin aparılması üzrə tədbirlər ciddi nəzarətlə davam etdiriləcək.

Qeyd olunur ki, oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal işi təmin ediləcək.

I Avropa Oyunlarının "Azerspace-1" peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək.

Mingəçevir Kür İdman Mərkəzinin və Atletlər kəndinin BAOƏK-in Bakı şəhərində qurulmuş DATA-mərkəzləri və Beynəlxalq Yayım Mərkəzi ilə keyfiyyətli rabitəsinə və magistral kabellərin mühafizəsinə ciddi nəzarət təmin ediləcək.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji saytların mühafizəsinin və "Tetra" radio avadanlıqların işinin nəzarətdə saxlanıldığı nəzərə alınacaq.

Həmçinin, "Delta Telekom LTD" tərəfindən Oyunlara tələb olunan internetin tutumunun və təhlükəsizliyinin təmin ediləcəyi barədə Kollegiyaya təqdim edilmiş təqdimat nəzərə alınacaq.

Elektron Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə işləri davam etdirəcək.

"Azercell Telekom", "Bakcell" və "Azrefon" respublika ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və təşkilati məkanlarda "2G", "3G", "4G" mobil xidmətlərinin yüksək keyfiyyətlə göstərilməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti