...

Azərbaycan qılıncoynadanları Avropa Oyunlarına tam hazırdırlar

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 16:28 (UTC +04:00)
Azərbaycan qılıncoynadanları Bakıda keçiriləcək I Avropa Oyunlarına tam hazırdırlar.
Azərbaycan qılıncoynadanları Avropa Oyunlarına tam hazırdırlar

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan qılıncoynadanları Bakıda keçiriləcək I Avropa Oyunlarına tam hazırdırlar. Bu barədə Trend-ə Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədov deyib.

Onun sözlərinə görə, ilk Avropa Oyunları ərəfəsində komanda bir neçə təlim-məşq toplanışı keçirib və yarışlara hazırdır: "Komandanın bir hissəsi - Kənan Əliyev, Azər Tağıyev, Səbinə Mikina, Sevil və Sevinc Bünyadovalar, Fatimə İbrahimova - hazırda İsveçrədə Avropa çempionatında iştirak edirlər.

Y.Məmmədov bildirib ki, I Avropa Oyunlarına güclü idmançıların gəlməsinə baxmayaraq, komandanın yaxşı çıxış edəcəyini gözləyir: "Əsas ümidimiz qızlardır. Çox güclü idmançılar gələcək, lakin öz meydanımızda medalları götürməliyik. Əminəm ki, qızlar ümidlərimizi doğruldacaq".

O, həmçinin qeyd edib ki, azarkeşlərin dəstəyi də çox vacibdir: "Mayın əvvəlində Kristal Zalda qılıncoynatma üzrə hazırlıq yarışları keçirildi. Bakıya Gürcüstan və Türkiyədən idmançılar gəlmişdi. Türkiyənin güclü komandası var idi. Buna baxmayaraq, azarkeşlərimizin dəstəyi ilə qalib gəldik. Bütün azarkeşləri I Avropa Oyunlarında bizə dəstək olmağa çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti