...

Azad Rəhimov: Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 16:53 (UTC +04:00)
"Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, onların idman nümayəndələri Azərbaycanda keçirilən bəzi idman yarışlarında iştirak ediblər".
Azad Rəhimov: Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlkin İzzət/

"Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, onların idman nümayəndələri Azərbaycanda keçirilən bəzi idman yarışlarında iştirak ediblər".

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, məsələn, onlar Bakıda keçirilən güləş üzrə dünya çempionatında, gənclər arasında boks üzrə dünya çempionatında iştirak ediblər: "Bundan əlavə, Ermənistan nümayəndələri Azərbaycanda keçirilən müxtəlif mədəni-siyasi, vətəndaş cəmiyyəti tədbirlərində iştirak ediblər. Bu gün isə Avropa Oyunlarda Ermənistanın 25 nümayəndəsi iştirak edəcək".

A.Rəhimov bildirib ki, qaydalara görə, elə bir şərait yaradılmalıdır ki, hər bir ölkənin nümayəndələri Avropa Oyunlarında iştirak edə bilsin: "Əvvəllər Ermənistanla danışıqlar nəticəsində qarşı tərəfdəki vəziyyət öyrənilirdi. İndi artıq buna ehtiyac yoxdur. İndi sadəcə təminat məktubu yazılır. Bu da yetərli olur ki, idmançılar yarışlarda iştirak etsin. Bu təhlükəsizliyin təminatıdır".

Gənclər və idman nazir xatırladıb ki, Azərbaycanda 2016-cı ildə "Formula-1", Şahmat olimpiadası keçiriləcək: "Şahmat olimpiadasına Ermənistan komandası da gələcək. Bundan əlavə, Bakıda yelkənli qayıq üzrə dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcək, amma bu tədbirlərdə Ermənistan nümayəndələri olmayacaq. 2020-ci ildə futbol üzrə Avropa çempionatında iştirak isə komandanın çıxışından asılı olacaq".

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti