...

Patrik Hikki: "Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır" (VİDEO) (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 22:57 (UTC +04:00)
"Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır. Biz bu gün qitə oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik".
Patrik Hikki: "Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır" (VİDEO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır. Biz bu gün qitə oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik".

Trend-in məlumatına görə, bunu Bakı-2015 ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində çıxış edən Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki deyib.

P.Hikki qeyd edib: "Axşamın xeyir, Bakı! Axşamın xeyir, Azərbaycan! Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev. Bakı-2015 Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax. Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Şeyx Əhməd əl-Fahad əl-Sabah. Zati-aliləri, dünya liderləri. Beynəlxalq Olimpiya Komitəsinin üzvləri. Avropa Olimpiya ailəsinin üzvləri. Çox hörmətli qonaqlar. Bakıdan və bütün Azərbaycandan olan əziz dostlar. Və gələn 17 günü canlandıracaq 12,500 könüllü. Sağ olun! Çox sağ olun!"

O bildirib ki, bu, Avropa Olimpiya Komitəsinin tarixində ən fərəhləndirici məqamdır: "Bu axşam, burada, Bakının yeni möhtəşəm milli stadionda, biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq: İlk Avropa Oyunlarının açılışındayıq. Bu axşam, biz dünyanın qitə oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik. Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq.

Prezident Əliyev, sağ olun! Birinci xanım Əliyeva, sağ olun və Azərbaycana sağ ol! Avropa Olimpiya ailəsinə verdiyiniz səmimi qəbula görə sağ olun! Birinci xanım Əliyeva, Sizin Bakı-2015 Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir. Bu sahədə yorulmaz fəaliyyətinizə, Avropada idmanın parlaq gələcəyinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Bir dövlət kimi Siz qürur doğuran yoldasınız. Bu yolda Sizinlə addımlamaqdan şərəf duyduq. Beynəlxalq ictimaiyyətin üzvü kimi, cəmiyyət kimi və Avropanın yeni idman paytaxtı kimi məqsədlərinizin həyata keçməsində iştirak etməkdən fərəh hissi duyduq".

P.Hikki əlavə edib ki, idman müsbət dəyişikliklər üçün unikal qüvvədir: "İdmanın universal qanunu hesab etdiyi dəyişikliyi qaçılmaz edən dəyərlərin yayılmasına çalışdıq. Qlobal etika, ədalət, hörmət və dostluq dəyərlərini yaydıq. Bakı-2015 uzun yolun ən vacib nöqtəsidir və çılğın arzudur. O, AOK-un alovlanan iddiasıdır. Bu, Sizin, Bakı və Azərbaycan xalqı üçün nəsildə bir dəfə nəsib olan fürsətdir və Sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz. İdman və Olimpiya hərəkatını gənc dövlətinizin sürətli inkişafının mərkəzində olmasına hər zaman çalışan Sizin, Prezident Əliyev və birinci xanım Əliyeva üçün real olan mövqe hazırlıq işlərimizin aparıcı qüvvəsi oldu. Bu, Sizə və nazir Azad Rəhimovun rəhbərlik etdiyi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindəki 2000 əməkdaşa göstərilən etimaddır, çünki onlar Oyunları cəmi 30 ay ərzində həyata keçirmək məqsədilə bu cür qətiyyət və peşəkarlıqla çalışdılar. Onlar möhtəşəm tədbirin ərəfəsində bu gün burada olan Avropanın 50 Olimpiya dövlətinin 6000 atleti üçün olduqca möhtəşəm səhnəni hazırladılar".

Avropa Oyunları Komitəsinin prezidenti qeyd edib: "Hörmətli atletlər, bu, Sizin Oyunlardır. Siz ilk dəfə addım atacağınız çox möhtəşəm yerlərin bir sırasında yarışlara qatılacaqsınız. Siz ən yaxın rəqiblərinizlə çiyin-çiyinə yaşayacaqsınız, yemək yeyəcəksiniz və məşq edəcəksiniz. Sizlərdən bəziləri gələn il Rioda keçiriləcək Olimpiya Oyunları üçün hazırlıq görür. Sizlərdən bir çoxları gələn iki həftə ərzində hətta Rio-2016-ya vəsiqə qazanacaq. Lakin səhv buraxmayın: Sizin tarixdə ilk Avropa Oyunlarının çempionu olmaqda yalnız bir şansınız var. Sizi bundan istifadə etməyə çağırıram. Sizi ən yüksək göstəricilərə, dostluq və hörmət kimi əsl Olimpiya ruhunda yarışmağa səsləyirəm. Sizi adlarınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram. Çox sağ olun və uğurlar!

İndi isə mən şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Bakı-2015 ilk Avropa Oyunlarını açıq elan etməyə dəvət edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti