...

MOK-da Avropa Oyunlarının mükafatçılarının təntənəli təbriketmə mərasimi keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 16:05 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.
MOK-da Avropa Oyunlarının mükafatçılarının təntənəli təbriketmə mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Vüqar İmanov/

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Trend-in məlumatına görə, mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov iştirak ediblər.

Qeyd edilib ki, azərbaycanlı idmançılar Oyunların ilk günündən etibarən 8 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıblar. Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, Azərbaycan qarşıdakı günlərdə daha çox medal qazanacaq.

A.Rəhimov M.CabbarovuAzərbaycan Badminton Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Sonra Avropa Oyunlarında qadınlar arasında (53 kq) güləş üzrə yarışların qalibi Anjela Doroqan, kişilər arasında 200 m məsafəyə kanoe-təkbətək (C1) yarışının gümüş mükafatçısı Valentin Demyanenko və taekvondo üzrə bürünc mükafatçı Patimat Abakarovaya (49 kq) xatirə hədiyyələri təqdim edilib.

Qonaqlara konsert proqramı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti