...

Britaniyalı gimnastlar: "Birinci Avropa Oyunları bizim üçün böyük təcrübə oldu" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 17:13 (UTC +04:00)
"Birinci Avropa Oyunları bizim üçün böyük təcrübə oldu. Düşünürəm ki, bu yarışma idmanın inkişafına böyük kömək edəcək".
Britaniyalı gimnastlar: "Birinci Avropa Oyunları bizim üçün böyük təcrübə oldu" (FOTO)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları bizim üçün böyük təcrübə oldu. Düşünürəm ki, bu yarışma idmanın inkişafına böyük kömək edəcək".

Bunu Trend-ə Avropa Oyunlarında gimnastika yarışlarında iştirak edən Böyük Britaniyanın akrobatlardan ibarət qadın qrupunun üzvü Cenifer Bailey deyib.

O bildirib ki, bu cür böyük yarışmalar hər bir idmançı üçün mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan Oyunları yüksək səviyyədə təşkil edib və idmançılar üçün hər cür şərait yaradıb".

C.Bailey yarışların keçirildiyi Milli Gimnastika Arenasının yüksək standartlara cavab verdiyini diqqətə çatdırıb.

Qrupun digər üzvü Jozefina Russel də Avropa Oyunlarının onun karyerası üçün vacib olduğunu qeyd edib və burada iştirakından çox məmnun qaldığını diqqətə çatdırıb: "Bu bizim üçün yaxşı bir imkan idi, gəlib yeni təcrübə qazandıq. Bu cür yarışlar nə qədər çox olsa, bir o qədər idmançıların xeyrinədir. Doğrudan da Azərbaycanda olmaqdan zövq aldım. Hələ ki, şəhəri gəzməyə vaxtımız olmayıb, amma yarışlardan sonra Bakını gəzmək niyyətindəyik".

Qrupun ən kiçik üzvü Sisli İrvin də komanda yoldaşlarının fikri ilə razı olduğunu bildirib: "Bu Oyunlar doğrudan da bizim üçün yaxşı bir təcrübə idi. Belə böyük yarışlarda iştirak etmək, əlbəttə, bizim üçün çox faydalıdır".

İdmançılar Azərbaycanda gimnastikanın inkişafından və insanların bu idman növünə göstərdiyi maraqdan da danışıblar. Onlar bildiriblər ki, tamaşaçıların kütləvi şəkildə yarışlara gəlib baxması və idmançıları alqışlaması idmançıları çox həvəsləndirir.

Onlar Azərbaycanda gimnastikanın inkiaf səviyyəsindən danışaraq bildiriblər ki, Azərbaycanın gözəl gimnastları var.

Hər üç idmançı onlar üçün Atletlər kəndində yaradılan şəraitdən və yarışların keçirildiyi Milli Gimnastika Arenasının imkanlarından çox razı qaldıqlarını bildirib. Azərbaycana ilk dəfə gəldiklərini deyən gimnastlar ölkəmizi çox bəyəndiklərini vurğulayıblar.

Gimnastlar boş vaxtlarında Bakıda gəzməyə çıxmaq və milli xörəklərin dadına baxmaq arzusunda olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti