...

Patrik Hikki: Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 11:52 (UTC +04:00)
2019-cu ildə II Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var.
Patrik Hikki: Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Aygün Bədəlova/

2019-cu ildə II Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

P.Hikki bildirib ki, əvvəlki 5 namizədlə Oyunların keçirilməsi və təşkilati məsələlər müzakirə edilib: "Əvvəlcə 6 namizədimiz var idi. Niderlandın imtina etməsindən sonra 5 namizəd ölkə qaldı. Bakıda I Avropa Oyunlarının uğurla keçirilməsi ilə bu ölkələrin sırasına daha iki ölkə qatıldı".

O, qeyd edib: "Beləliklə, indi bizim yaxşı seçim etmək imkanımız olacaq. Ancaq hələlik yekun qərar qəbul edilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti