Azərbaycan, Bakı, 21 iyun /Trend/
Bakıda keçirilən Avropa Oyunları çərçivəsində bu gün Milli Gimnastika Arenasında idmançıların çıxışını izləməyə gəlmiş tamaşaçılar Avropa Gimnastika İttifaqının Bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Brunederi fitə basıblar.
Trend-in məlumatına görə, tamaşaçılar H.Brunederi medalların təqdim olunması mərasimi zamanı fitə basıblar.
Bununla tamaşaçılar Azərbaycan gimnastı Marina Durundanın çıxışı ilə bağlı qeyri-obyektiv hakimliyə etirazlarını bildiriblər.