...

İslam Qasımov: Bu gün qızıl medal qismət deyilmiş

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 23:01 (UTC +04:00)
Artıq 22 ildir ki, güləşirəm. İdmanda belə şeylər olur. Mən dünya və Avropa çempionu olmuşam. Mən də istərdim ki, Bakıda qızıl medal qazanım. Olmadı, deməli, bu gün qızıl medal qismət deyilmiş.
İslam Qasımov: Bu gün qızıl medal qismət deyilmiş

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlkin İzzət/

Artıq 22 ildir ki, güləşirəm. İdmanda belə şeylər olur. Mən dünya və Avropa çempionu olmuşam. Mən də istərdim ki, Bakıda qızıl medal qazanım. Olmadı, deməli, bu gün qızıl medal qismət deyilmiş.

Trend xəbər verir ki, bunu bu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişi samboçuların yarışlarında Azərbaycana gümüş medal qazandıran İslam Qasımov deyib.

İ.Qasımov bu gün Azərbaycan sambçularının hamısının finalda məğlub olmasına da münasibət bildirib: "Rəqiblərin heç biri güclü deyillər. Sadəcə alınmayanda alınmır. Məsələn, finalda məlub olduğum rəqiblə artıq üçüncü dəfədir güləşirdim. Bundan qabaq ona 2 dəfə qalib gəlmişəm".

Qeyd edək ki, o, qızıl medal uğrunda görüşdə Rusiya samboçusu Aymergen Atkulova məğlub olub.

Xəbər lenti

Xəbər lenti