...

Makedoniya komandasının üzvü: İlk Avropa Oyunlarının təşkili üçün böyük işlər görülüb

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 16:01 (UTC +04:00)
Azərbaycanda I Avropa Oyunlarının təşkili üçün böyük işlər görülüb.
Makedoniya komandasının üzvü: İlk Avropa Oyunlarının təşkili üçün böyük işlər görülüb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda I Avropa Oyunlarının təşkili üçün böyük işlər görülüb. Bu barədə Trend-ə Makedoniya komandasının üzvü Lyupço Damyanovski deyib.

O, qeyd edib: "Oyunların təsiri altındayam. Təşkilatçılar və Azərbaycan hökuməti böyük bir işin öhdəsindən gəlib".

L.Damyanovskinin sözlərinə görə, hər şey yüksək səviyyədə təşkil olunub: "Hər şey yenidir və hər şey çox yaxşı işləyir. Komandanın rəsmi nümayəndəsi kimi çox razıyam və Azərbaycan xalqını, sadəcə olaraq, təbrik edə bilərəm".

O, həmçinin bildirib ki, idmançılar üçün Atletlər kəndində yaradılan bütün şəraitə heyran olub.

L.Damyanovski Bakıya axşam gəldiyini və hələlik şəhəri gəzə bilmədiyini deyib: "Paytaxtınızla yaxından tanış olmağı və bağlanış mərasimində iştirak etməyi planlaşdırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti