...

Lüksemburqlu nazir: "Avropa Oyunlarını boykot çağırışı siyasi təsir vasitəsi ola bilməz"

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 15:54 (UTC +04:00)
Lüksemburqun "Luxemburger Wort" qəzeti bəzi antiazərbaycan dairələrin Avropa Oyunlarını boykot kampaniyasına bu ölkənin xarici işlər naziri Jan Asselbornun münasibətini açıqlayıb.
Lüksemburqlu nazir: "Avropa Oyunlarını boykot çağırışı siyasi təsir vasitəsi ola bilməz"

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Lüksemburqun "Luxemburger Wort" qəzeti bəzi antiazərbaycan dairələrin Avropa Oyunlarını boykot kampaniyasına bu ölkənin xarici işlər naziri Jan Asselbornun münasibətini açıqlayıb.

Trend xəbər verir ki, qəzetin internet səhifəsində yayımlanmış məlumatda xarici işlər naziri boykotu yersiz adlandırıb: "Boykot heç bir vaxt siyasi təsir vasitəsi ola bilməz". Nazir parlamentin boykot sorğusuna cavabında məhz belə deyib.

Qəzet lüksemburqlu idmançıların da Avropa Oyunlarına qatıldıqlarını xatırladıb.

Məqalədə, həmçinin qeyd olunur ki, Oyunların açılış mərasimində 18 ölkənin yüksək vəzifəli rəsmiləri, o cümlədən Lüksemburqun idman naziri Roman Şnayder də iştirak edib.

Məqalə müəllifi Azərbaycanın Lüksemburqla Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq etdiyini də xatırladıb.

Ətraflı: http://www.wort.lu/de/politik/europaspiele-in-baku-boykott-waere-unangemessen-558a95470c88b46a8ce5bd13

Məqalədə:
Xəbər lenti

Xəbər lenti