...

Avropa Oyunlarında medal qazanmış idmançılarımız Silahlı Qüvvələr Gününü qeyd ediblər (FOTO)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 16:53 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.
Avropa Oyunlarında medal qazanmış idmançılarımız Silahlı Qüvvələr Gününü qeyd ediblər (FOTO)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Vüqar İmanov/

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Trend-in məlumatına görə, mərasimdə iştirak edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, "Neftçi" idman klubunun prezidenti Sadıx Sadıxov və Azərbaycanın Olimpiya çempionları Fərid Mansurov mükafat qazanan idmançıları təbrik edib və onlara xatirə hədiyyələri təqdim ediblər.

Ötən gün Azərbaycan idmançıları 6 medal qazanıblar - qızıl mükafatçı Teymur Məmmədov (boks, 81 kq), gümüş mükafatçılar Sevil Bünyadova (sablyada qılıncoynatma) və Orxan Səfərov (cüdo, -60 kq), bürünc mükafatçılar Sevinc Bünyadova (qılıncoynatma, sablya) və Məhəmmədrəsul Məcidov (boks, +91 kq).

İdmançılar nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıblar.

Ç.Hüseynzadə iyunun 26-da Azərbaycan Silahlı Qüvvələr Gününün qeyd olunduğunu bildirib, hamını bu münasibətilə təbrik edib və idmançılara beynəlxalq arenalarda uğurlar arzulayıb.

Qonaqlara konsert proqramı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti