...

Könül Nurullayeva: Azərbaycanın idman tarixinə adımızı qızıl hərflərlə yaza biləcəyik

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 11:56 (UTC +04:00)
Ümid edirəm ki, biz hazırkı pilləni qoruyub saxlaya biləcəyik və Azərbaycanın idman tarixinə öz adımızı qızıl hərflərlə yaza biləcəyik.
Könül Nurullayeva: Azərbaycanın idman tarixinə adımızı qızıl hərflərlə yaza biləcəyik

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

"Ümid edirəm ki, biz hazırkı pilləni qoruyub saxlaya biləcəyik və Azərbaycanın idman tarixinə adımızı qızıl hərflərlə yaza biləcəyik". Trend-in məlumatına görə, bunu Azərbaycanın I Avropa Oyunlarında nümayəndə heyətinin sədri Könül Nurullayeva bu gün keçirilən mətbuat konfransında deyib.

K.Nurullayeva bildirib ki, əldə etdiyimiz uğur dövlətimizin, idmançıların uğurudur: "Mən çox böyük qürur hissi keçirirəm. Bu, bizim üçün böyük nailiyyətdir".

Nümayəndə heyəti qeyd edib ki, Azərbaycanın bu yarıslarda göstərdiyi nəticələr hamını çox sevindirir.

K.Nurullayeva bildirib ki, Azərbaycanın 2016, 2020-ci illərdə Olimpiya Oyunlarını keçirməsi ilə bağlı iddialar irəli sürülmüşdü: "Təəssüflər olsun ki, hər iki namizədliyimiz uğursuzluqla başa çatmışdı".

K.Nurullayevanın sözlərinə görə, iddiaların qəbul olunmamasında Azərbaycanda böyük miqyaslı idman tədbirlərinin keçirilməsi təcrübəsinin olmaması əsas gətirilib: "O ki qaldı namizədlik məsələsinə, Avropa Oyunlarından sonra öz mövqeyimizi bildirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti