Azərbaycan, Bakı, 28 iyun /Trend/
Mançester Avropa Oyunları - 2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər. Trend-in məlumatına görə, bu sözləri BBC-yə müsahibəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
P.Hikki həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü də qeyd edib.
"Faktiki olaraq 2023-cü ildə Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər," - deyə AOK prezidenti qeyd edib.