...

Trend Bakı-2015 ilk Avropa Oyunları haqqında məlumat yayma sayına görə irəlidədir

Baku 2015 : EUROGAMES Materials 6 İyul 2015 12:03 (UTC +04:00)
Trend İnformasiya Agentliyi Bakı-2015 ilk Avropa Oyunlarına həsr edilmiş məlumatların sayına görə birinci olub.
Trend Bakı-2015 ilk Avropa Oyunları haqqında məlumat yayma sayına görə irəlidədir

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Trend İnformasiya Agentliyi Bakı-2015 ilk Avropa Oyunlarına həsr edilmiş məlumatların yayımı sayına görə birinci olub.

Trend-in 16-29 may 2015-ci il tarixlərində keçirdiyi monitorinqə əsasən, Trend İnformasiya Agentliyi Azərbaycanın informasiya agentlikləri arasında Avropa Oyunları ilə bağlı ən çox material yayan KİV-dir. Bu dövr ərzində Trend 3647 material yayıb ki, bunlardan 1444-ü rus, 1367-si Azərbaycan, 836-sı ingilis və bir çox materiallar başqa dillərdə də yayımlanıb.

2012-ci ilin dekabrında Romada I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildiyi andan Trend Oyunları aktiv şəkildə işıqlandırmağa başlayıb. 2015-ci ilin yazında agentlikdə xüsusi qərargah yaradılıb, bura agentliyin bütün redaksiyalarının rəhbərləri daxil edilib, qarşıdakı Oyunların işıqlandırılması ilə bağlı bütün istiqamətlərdə sistemləşdirilmiş iş həyata keçirilib. Başqa agentliklərin Avropa Oyunları ilə bağlı yaydığı materialların monitorinqi keçirilib və bununla bağlı məlumatlar toplanılıb.

Trend birinci olaraq Bakı-2015 ilə bağlı bütün xəbərlərin yer aldığı gündəlik xüsusi bülletenlərin yayılması təklifi ilə çıxış edib və Azərbaycan, rus, ingilis dillərində bülletenlərin buraxılışına başlayıb.

Bülletenlər agentliyin abunəçiləri, KİV-lər, təşkilatlar və diplomatik nümayəndəliklər arasında yayılıb. Bundan əlavə Trend-in Avropa Oyunları ilə bağlı yaydığı məlumatlar dünyanın ən nüfuzlu media qurumları, ixtisaslaşmış tanınmış idman saytları və təşkilatlar əldə ediblər.

Trend oxucularının Avropa Oyunları zamanı agentliyin sayt vasitəsilə yarışları canlı izləmək, habelə yerli və xarici fotoqrafların fotosessiyaları ilə tanış olmaq imkanı olub.

Bakı-2015 axtarışına aparıcı sorğu sistemləri ən çox Trend-dən olan xəbərləri təklif edib. Agentliyin yaydığı məlumatlar Azərbaycanda çox böyük maraqla qarşılanıb, həmçinin ingilisdilli və rusdilli məkanda əsas xəbər mənbəyi olub.

Bu müddət ərzində Trend bir sıra aksiyalar, "dəyirmi masa"lar və konfranslar keçirib, müxtəlif ölkələrdə bir neçə beynəlxalq forum çərçivəsində Avropa Oyunlarının təqdimatını təşkil edib. Hər gün agentlik tərəfindən Azərbaycanın mədəniyyəti, adət-ənənələri, mətbəxi, məişəti, tarixi yerləri və turizmi haqqında müxtəlif mövzularda fotosessiyalar dərc edib. Oyunlarla bağlı fotosessiya və xəbərlər agentliyin ərəb və farsdilli oxucuları arasında böyük populyarlıq qazanıb. Həmçinin mükafat qazanan yerli və əcnəbi atletlərlə müsahibə və fotosessiyalar oxucular arasında xüsusi marağa səbəb olub.

Bundan başqa, ilk Avropa Oyunlarına hazırlıq və tədbirin keçirilməsi zamanı qərəzli və qeyri-obyektiv informasiya mənbələrini aşkar etmək üçün xarici mətbuatda gündəlik çoxprofilli monitorinq aparılıb. Minlərlə materiallar hazırlandı, rəsmi şəxslərdən, aparıcı əcnəbi ekspertlərdən ilk Avropa Oyunları haqqında eksklüziv şərhlər alınıb.

Trend Bakı-2015 tədbirlərinin sosial şəbəkələrdə işıqlandırılması və yayılması ilə bağlı geniş işlər görüb. Monitorinq göstərib ki, Trend-in tvitləri və məlumatları yerli, xüsusilə də xarici şəbəkələrdə böyük populyarlıq qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti