...

Azərbaycanın bir sıra bölgələri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

Mədəniyyət Materials 4 Fevral 2011 13:26 (UTC +04:00)
Bu il Azrəbaycanda dini tolerantlığı nümayiş etdirmək üçün bir sıra işlər görüləcək. Trend-in məlumatına görə, bunu cümə günü "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyib.
Azərbaycanın bir sıra bölgələri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azrəbaycanda dini tolerantlığı nümayiş etdirmək üçün bir sıra işlər görüləcək. Trend-in məlumatına görə, bunu cümə günü "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyib.

"Nic, Lahıc və Qırmızı qəsəbənin mədəniyyət məkanı kimi YUNESKO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi məqsədilə namizədlikləri təqdim ediləcək", - Məmmədəliyeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti