...

Müğənni Rəqsanə İsmayılovanın xəstəliyi dövründə xərclədiyi pulların ümumi məbləği məlum oldu - 44 000 ABŞ dolları

Mədəniyyət Materials 24 Fevral 2011 17:54 (UTC +04:00)
Fevralın ilk ongünlüyündən başlayaraq, səhhətində yaranan ciddi problemlərdən qurtulmaq üçün xarici dövlətlərə üz tutan qalmaqallı estrada müğənnisi Rəqsanə İsmayılovanın ümumilikdə xərclədiyi pulların miqdarı məlum oldu.
Müğənni Rəqsanə İsmayılovanın xəstəliyi dövründə xərclədiyi pulların ümumi məbləği məlum oldu - 44 000 ABŞ dolları

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Ş.Cavadsoy/

Fevralın ilk ongünlüyündən başlayaraq, səhhətində yaranan ciddi problemlərdən qurtulmaq üçün xarici dövlətlərə üz tutan qalmaqallı estrada müğənnisi Rəqsanə İsmayılovanın ümumilikdə xərclədiyi pulların miqdarı məlum oldu.

Trend olaraq apardığımız uzun araşdırmanın sonunda əldə etdiyimiz məlumatları Sizə təqdim edirik.

Bir neçə etibarlı mənbələrimizin verdiyi məlumata görə, Bakıdakı müayinələr üçün müğənni gözüyumulu olaraq 7 min ABŞ dollarından keçib. Nəzərə alsaq ki, Rəqsanənin şikayəti başına yığılmış arzuolunmaz maye ilə bağlıdır, demək, o, dolayısı ilə onkoloji xəstə kimi müalicə alıb.

Qəbul etdiyi dərman preparatlarının bəzisini pulsuz əldə etməsinə baxmayaraq, qəfil qərar verib fevralın 10-da İstanbula gedən müğənni qardaş ölkədə bir sutkadan az qalsa da, haradasa 8 min ABŞ dollarından keçməli olub. Dubayda yerləşən "Iranian hospital" klinikasına VIP xəstə kimi öncədən sifariş müğənniyə 2 min dollarına başa gəlib. Sağalmaq üçün çıxdığı yolda bacısını özünə dərd ortağı götürən Rəqsanənin yemək və qalmaq üçün haradasa 1500 dollar xərclədiyi deyilir.

Avaibiletlərin alınmasına isə İsmayılovlar ailəsi (İstanbula getmək, oradan Dubaya, Dubaydan yenidən Bakıya qayıtmaq da daxil olmaqla - red.) ümumilikdə 2 500 dollara yaxın pul xərcləyiblər. İndi yazacağımız rəqəm oxuculara fantastik görünsə də, müğənninin Dubayda yerləşən "Iranian hospital" klinikasında çəkdiyi xərcin ümumi dəyəri 23 min dollarla ölçülür.

Mənbələrimizdən biri iddia edir ki, xərclənən bütün pulları son qəpiyinə kimi Rəqsanənin Türkiyədə yaşayan türk əsilli biznesmen dostu ödəyib.

Trend olaraq müğənninin prodüseri Təranə Səmədova ilə əlaqə saxladıq. "Araşdırmanızın doğru və ya yalan olduğunu nə təsdiq, nə də təkzib etmək istəyirəm. Rəqsanənin müayinə, eləcə də müalicəsi üçün xərclədiyi maliyyə vəsaiti haqqında da hansısa informasiyam yoxdur. Bütün detalları özü bilir. Və əgər ehtiyac duyarsa, bunu mətbuata açıqlayar", - prodüser fikirlərini belə izah etməyə çalışdı.

Artıq 2 gündür Bakıda olsa da, Rəqsanə İsmayılova jurnalistlərin israrlarına baxmayaraq, hələ ki, hansısa KİV-ə başına gələn arzulolunmaz xəstəliklə bağlı ətraflı müsahibə vermək niyyətində deyil. Müğənniyə Allahdan şəfa diləyib, Siz oxucularımıza araşdırmamızı davam etdirəcəyimizi xatırlatmağı lazım bilirik.

Xəbər lenti

Xəbər lenti