...

Müğənni Arzum "Yana-yana kül oldu" (FOTO)

Mədəniyyət Materials 11 Avqust 2011 12:17 (UTC +04:00)
Müğənni Arzum "Yana-yana kül oldu" (FOTO)
Müğənni Arzum "Yana-yana kül oldu" (FOTO)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Müğənni Arzum istirahət fəsli olmasına baxmayaraq işlərinə fasilə vermək niyyətində deyil. İstirahətdən çox sənətinə vaxt ayıran Arzum yeni mövsümdə tamaşaçılara gördüyü işlərin hesabatını verəcək.

Trend Life-a açıqlama verə müğənni bildirdi ki, bu günlərdə kamera qarşısına keçərək növbəti klipini ekranlaşdıracaq.

"Klip yeni işlənmiş formada ifa etdiyim "Yana-yana kül oldum" adlı bir az unudulmuş Azərbaycan xalq mahnısına çəkiləcək. Ekran əsərində fərqli imicdə görünəcəyəm"-Arzum belə deyib.

Söhbət əsnasında məlum oldu ki, albom hazırlıqlarına başı qarışan sənətçi xarici ölkələrdən aldığı bir neçə təklifləri də dəyərləndirməyi düşünür. Arzumun bu səbəbdən bir müddətlik ölkəni tərk etməsi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti