...

Teleaparıcı sehrli yuxuların təsirindən oyanmaq istəmir (FOTO)

Mədəniyyət Materials 11 Avqust 2011 17:38 (UTC +04:00)
11 avqust tarixində tanınmış teleaparıcı, yerli kanalların birində nümayiş olunan "Aramızda qalsın" serialında canlandırdığı obrazla həm də peşəkar aktrisa olduğunu nümayiş etdirən Kamilə Babayeva doğum gününü qeyd edir. Trend olaraq Kamiləni təbrik edib, sevincini bölüşmək üçün ona zəng etdik
Teleaparıcı sehrli yuxuların təsirindən oyanmaq istəmir (FOTO)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Ş.Cavadsoy/

11 avqust tarixində tanınmış teleaparıcı, yerli kanalların birində nümayiş olunan "Aramızda qalsın" serialında canlandırdığı obrazla həm də peşəkar aktrisa olduğunu nümayiş etdirən Kamilə Babayeva doğum gününü qeyd edir. Trend olaraq Kamiləni təbrik edib, sevincini bölüşmək üçün ona zəng etdik. Günortadan bir neçə saat keçməsinə baxmayaraq, səsindən asanlıqla sezdik ki, o, hələdə yuxuludur. Kompleksiz teleaparıcı elə ilk olaraq gördüyü yuxularından danışdı.

"Gecədən başlayaraq biri-birindən rəngli yuxular görürdüm. Sanki nağıllar dünyasında idi. Elə sehrli idi ki, ayılmaq belə istəmirdim. Kaş hamımızın gördüyü sehrli yuxular çin çıxsın", - Kamilə dedi.

Ad gününə gəldikdə, Babayeva bu günü təmtəraqla qeyd etməyəcəyini vurğuladı: "Gecə yağış yağırdı. Allahıma çoxlu dualar edirdim ki, nə yaxşı bu dünyada yaşamaq kimi xoşbəxtliyi mənə nəsib edib. Bəli, çox xanımlar tanıyıram ki, doğum günlərində özlərinə qapılıb, yaşlarının üstünə yaş gəldiyi ilə barışmaq istəmirlər. Məndə tam əksinədir. Sevinirəm ki, daha bir il yaşayıb, müdrikliyə doğru addımlayıram. Qonaqlıq edib dost-tanışlarımı bir araya yığmaq isə çoxdankı adətimdir. Amma builki doğum günüm Ramazan ayının müqəddəs günlərinə təsadüf etdyi üçün təmtəraqlı məclis keçirməyi planlaşdırmıram.Anam və mənə doğma olan iki-üç rəfiqəmin əhatəsində restoranların birində şam edəcəyik. Bir neçə gündən sonra "Aramızda qalsın" serialının sezon finalı olacaq. İstəyirəm ki, heç olmasa iki həftəlik harasa gedim. Yəqin ki, doğum günümü ürəyim istəyən şəkildə tətil vaxtı qeyd edəcəm", - teleaparıcı əlavə etdi.

"Mən xoşbəxtəm!" şüarı ilə yaşayan Kamilə Babayeva sonda onu təbrik edən dostlarına təşəkkür edib, hamıya onun qədər pozitiv olmağı dilədi. Biz də təbriklərə qoşulub, mehriban xasiyyəti ilə şou-biznesin sevimli simalarından biri olan Kamiləyə möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Xəbər lenti

Xəbər lenti