...

"Azəri Top Model"in qalibi avtomobilə sahib oldu (FOTO)

Mədəniyyət Materials 20 Sentyabr 2011 18:27 (UTC +04:00)
Həftələrlə Lider TV-də nümayiş olunan "Azəri Top Model" müsabiqəsi nəhayət ki möhtəşəm finalla sona çatdı.
"Azəri Top Model"in qalibi avtomobilə sahib oldu (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Həftələrlə Lider TV-də nümayiş olunan "Azəri Top Model" müsabiqəsi nəhayət ki möhtəşəm finalla sona çatdı. Layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən qızğın mübarizədən qalib kimi Ləman Əlizadə çıxdı.

Tamaşaçı səsverməsinin nəticələrinə görə finala vəsiqə qazanan rəqibləri arasında birinci olan Ləman, həm vəd verildiyi kimi, avtomobil qazandı, həm də müsabiqənin informasiya tərəfdaşı olan Trend Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portalları adından diplom və mükafata layiq görüldü. Qalibə mükafatı Day.Az radiosunun rəhbəri Zaur Darabzadə təqdim etdi.

Tanınmış dj Çinanın səsləndirdiyi musiqilərin müşayiəti ilə podiuma çıxan model xanımlardan ikisi - Maya Cəfərova ilə Aleksandra Şevçenko isə münsiflər heyəti - əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, üsyankar model-müğəni Züleyxa Akçurina, geyim üzrə stilist Aynur Əliyeva, fotoqraf Anfisa Bessonova, gözəllik mütəxəssisi Naimanın qərarı ilə diplom və hədiyyələrlə mükafatlandırıldılar. Digər finalçılar da öz növbələrində sponsorların bahalı hədiyyə və diplomları ilə mükafatlandırıldılar.

Finalçıları təbrikə gələnlər arasında sənətçilər də çoxluq təşkil edirdi. Əməkdar artist Sevda Ələkbərzadə başda olmaqla, müğənnilər Günel Ələkbərova, Aynişan Quliyeva, Samira, Bəsti Bəkirova, Elçin Hüseynov, Vüqar Babazadə mahnı təbrikləri ilə model olmaq arzusunda olan xanımlara dəstək oldular.

Firdovsi Atakişiyev məsuliyyətli işi uğurla sona çatdırmasından Trend-ə məmnunluqla danışdı. "Biz bunu bacardıq. Həmişə ilkləri reallaşdırmaq çətin olsa da, bu aylar ərzində sübut etdik ki, Azərbaycanda moda biznesi var və istedadlı modellərimiz yetərincədir. "Azəri Top Model" olmaq arzusunda olan, amma müsabiqəmizin birinci mərhələsində iştrirak edə bilməyən xanımlara müjdəli xəbərimiz var. Noyabr ayında "Azəri Top Model-2" yarışmasına start verəcəyik. Gözəlliyinə və səhnəyə yaraşıq verəcəyinə güvənən xanımlar anonsları izləsinlər və bu şansdan istifadə edib müsabiqəyə qatılsınlar!" - əməkdar artist belə dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti