...

Çadır toyu etmək hər bir musiqiçinin borcudur - müğənni Emil Bədəlov

Mədəniyyət Materials 4 Oktyabr 2011 19:27 (UTC +04:00)
Populyar estrada müğənnisi Emil Bədəlovun 3 oktyabr tarixində mediadan gizli şəkildə toy çaldırması xəbəri bu gün əməlli başlı əks səda doğurub.
Çadır toyu etmək hər bir musiqiçinin borcudur - müğənni Emil Bədəlov

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi Emil Bədəlovun 3 oktyabr tarixində mediadan gizli şəkildə toy çaldırması xəbəri bu gün əməlli başlı əks səda doğurub.

Trend-ə açıqlamasında kişi toyu etdiyini söyləyən müğənni, hazırda başının əsas toyun hazırlıqlarına qarışdığını da gizlətmədi.

"Şəhər restoranlarının birinin həyətində çadır qurub toy çaldırdım. Əslində bunu heç kimdən gizlətmək niyyətim yox idi. Sadəcə zəng vurub jurnalistlərə deməyəcəkdim ki, toyumdur, gəlin çəkin. Nəyə görə çadırda toy etməyə gəldikdə isə bunun da öz səbəbləri var. Fikrimcə, çadır toyu etmək hər bir musiqiçinin borcudur. Çünki əsl musiqiçilər elə çadır toylarında püxtələşiblər. Bu adəti unutmaq lazım deyil. Nə qədər müasirləşsək də, çadır toylarını da yaşatmalıyıq. Təşəkkür edirəm sənətçi dostlarıma - muğam ifaçısı, əməkdar artist Teyyub Aslanova, xanəndələr Babək Niftəliyev, Mirkamil Kamilov, müğənnilər Faytonçu Nazim, Tunar Rəhmanoğlu və başqaları toyumun şən keçməsi üçün çalışdılar. O ki qaldı əsas toyuma, indi başımız onun hazırlıqlarına qarışıb. İnşallah 24 oktyabr tarixində qohum-əqrəbamızın, sənətçi dostlarımın iştirakı ilə maraqlı bir toy çaldıracağam", - Emil Bədəlov belə dedi.

Xəbər lenti

Xəbər lenti