...

"Eurovision 2011"-in qalibi Nigar Camal BMT-nin humanitar layihəsinə qoşulub

Mədəniyyət Materials 25 Noyabr 2011 15:21 (UTC +04:00)
"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal bu yaxınlarda həyata keçirilən Make Roads Safe - Yolları Təhlükəsiz Edək humanitar layihəsinə qoşulub.
"Eurovision 2011"-in qalibi Nigar Camal BMT-nin humanitar layihəsinə qoşulub

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal bu yaxınlarda həyata keçirilən Make Roads Safe - Yolları Təhlükəsiz Edək humanitar layihəsinə qoşulub. Bu barədə Trend cümə günü www.esctoday.com saytına istinadən məlumat verir.

Nigar BMT-nin Yol təhlükəsizliyi fəaliyyətinin onilliyi (UN Decade Action for Road Safety), eləcə də Nəqliyyatın Təhlükəsizliyi və Sabitliyi uğrunda Şərq İttifaqına səfir təyin edilib. Bu layihə çərçivəsində o, "Həyat" qeyri-hökumət təşkilatının prezidenti qismində çalışacaq.

Nigar Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində təqdim ediləcək yol təhlükəsizliyinə həsr edilmiş videoçarxda çəkilir.

"İki uşaq anası kimi, yollarımızda uşaqların müdafiəsi məqsədilə nəticələri görmək istəyirəm. Yol qəzaları bütün dünyada gənc insanların ölümünün əsas səbəbidir və bu, qəbuledilməzdir. Buna görə də mən BMT-nin onillik fəaliyyətini dəstəkləyirəm. Bizə mənim ölkəm Azərbaycanda və bütün dünyada həyatları xilas etmək üçün fəaliyyətlər lazımdır", - Nigar Camal deyib.

Xəbər lenti

Xəbər lenti