...

2013-ci ildə Argentinada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur

Mədəniyyət Materials 11 Fevral 2012 13:11 (UTC +04:00)
2013-ci ildə Argentinada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur.
2013-ci ildə Argentinada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

2013-ci ildə Argentinada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu şənbə günü Argentinanın turizm naziri Karlos Enrike Meyerlə görüşündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Qonağın Azərbaycana gəlişini yüksək qiymətəndirən nazir bildirib ki, Karlos Enrike Meyer Azərbaycana səfər edən ilk Argentina naziridir.

"Səbirsizliklə gözləyirik ki, Argentina turistləri də bu yolu davam etdirəcəklər", - Qarayev əlavə edib.

Nazir deyib ki, Argentina ilə Azərbaycanın turizm şirkətləri arasında xüsusi əlaqələrin yaradılması və infoturların keçirilməsi də nəzərdə tutulur.

Qarayev qonağa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud problemlər barədə də məlumat verib. O bildirib ki, Azərbaycanın 9 milyon əhalisinin 1 milyonu qaçqın və məcburi köçkündür.

Argentinalı nazir Azərbaycana səfərindən məmnun qaldığını bildirib.

"Azərbaycanın Argentinda səfirliyi fəaliyyət göstərir. Argentina da Azərbaycanda səfirlik açmaq istəyir", - Meyer əlavə edib.

Fevralın 11-də Meyer Azərbaycanda səfərdədir.

Xəbər lenti

Xəbər lenti