...

Avstriya bu gün "Eurovision" təmsilçisini və mahnısını seçir

Mədəniyyət Materials 24 Fevral 2012 12:16 (UTC +04:00)
Bu gün Avstriyanın "Eurovision 2012" təmsilçisi müəyyən ediləcək.
Avstriya bu gün "Eurovision" təmsilçisini və mahnısını seçir

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bu gün Avstriyanın "Eurovision 2012" təmsilçisi müəyyən ediləcək.

Trend-in cümə günü "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, milli finalda yarışan 10 ifaçı bunlardır:

James Cottriall - Stand Up
!DelaDap - Don't Turn Around
3punkt5 - Augenblick
Krautschädl - Einsturzgefohr
Mary Broadcast Band - How Can You Ask Me!
Papermoon - Vater, Father, Mon Père
Norbert Schneider - Medicate My Blues Away
Trackshittaz - Woki mit deim Popo
Valerie - Comme ça
Conchita Wurst - That's What I Am

Səsvermə iki mərhələdə aparılacaq. Tamaşaçıların ilk səsverməsi nəticəsinə əsasən, 10 ifaçı arasından 2 superfinalçı müəyyən olunacaq. Hər iki superfinalçının təkrar çıxışından sonra qalib seçiləcək.

Məhz bu ifaçı Avsrtiyanı Bakıdakı 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti