...

İsrail "Eurovision 2012" mahnısını təqdim etdi

Mədəniyyət Materials 2 Mart 2012 16:12 (UTC +04:00)
İsrailin "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi "İzabo" qrupunun Bakı səhnəsində ifa edəcəyi "Time" mahnısı təqdim olunub.
İsrail "Eurovision 2012" mahnısını təqdim etdi

Azərbaycan, Bakı, 2 mart /Trend/

İsrailin "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi "İzabo" qrupunun Bakı səhnəsində ifa edəcəyi "Time" mahnısı təqdim olunub.

Trend-in cümə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, "Time" mahnısı pop və oriyental tərzdədir. Mahnı ingilis və ivrit dillərində ifa olunur.

"İzabo" rok qrupudur və 1989-cu ildə yaradılıb. Qrup 4 musiqiçidən: Ran Şem Tov (vokal və gitara), Şiri Hadar (keyboards), Conatan Levi (bas gitara) və Nir Mantzurdan (zərb alətləri) ibarətdir. "İzabo"nun solo ifaçısı Ran Şem Tov "Eurovision" mahnı müsabiqəsində təmsilçilik şansı qazanmalarından qürurlandıqlarını deyib.

İsrail təmsilçisi Bakı səhnəsində mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti