...

"Eurovision"ın avstriyalı iştirakçıları dolma vurğunudurlar

Mədəniyyət Materials 28 Mart 2012 14:24 (UTC +04:00)
"Eurovision" müsabiqəsində iştirak etmək doğma dildə 120 milyon insan qarşısında oxumaq, həmçinin televizor qarşısında və ya Bakıdakı arenada toplaşan bütün bu nəhəng auditoriyanı heyrətləndirmək şansıdır.
"Eurovision"ın avstriyalı iştirakçıları dolma vurğunudurlar

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir V. İmanov/

"Eurovision" müsabiqəsində iştirak etmək doğma dildə 120 milyon insan qarşısında oxumaq, həmçinin televizor qarşısında və ya Bakıdakı arenada toplaşan bütün bu nəhəng auditoriyanı heyrətləndirmək şansıdır. Bu barədə çərşənbə günü Trend-ə müsahibəsində "Eurovision"ın Avstriyadan olan iştirakçıları - TRACKSHITTAZ qrupunun üzvləri bildiriblər.

"Üç dəqiqə ərzində 120 milyon insan ancaq bizə qulaq asacaq və baxacaq", - qrup üzvləri deyiblər.

Onların sözlərinə görə, rəngarəng, cəlbedici şousu və əla mahnısı olmaq şərtilə müsabiqədə iştirak üçün seçilən müğənni öz ölkəsində çox populyar olmaya bilər.

"Bizi ona görə seçdilər ki, Avstriya finalında ən əyləncəli şounu biz göstərdik. Yəqin bundan sonra avstriyalılar qərara gəldilər ki, məhz biz "Eurovision" üçün düzgün seçimik", - musiqiçilər qeyd ediblər.

İştirakçıların sözlərinə görə, onlar heç vaxt Bakıda olmayıblar, buna görə də qarşıdakı səfərdən çox şaddırlar və ümid edirlər ki, Azərbaycan paytaxtında onları çoxlu maraqlı hadisələr gözləyir.

"Biz Azərbaycanın ənənəvi yeməyi dolma haqqında eşitmişik. Dolmanın dadına məmnuniyyətlə baxacağıq", - musiqiçilər deyiblər.

Avstriya iştirakçılarının sözlərinə görə, onlar hamı üçün sürpriz olsun deyə Bakıda göstərəcəkləri şounun təfərrüatlarını əvvəlcədən açıqlamaq istəmirlər. "Lakin sizə məlumat verə bilərik ki, bizim rəqqaslarımız var və şou çox rəngarəng olacaq!", - qrup üzvləri bildiriblər.

TRACKSHITTAZ qrupunun iştirakçılarının sözlərinə əsasən, "Eurovision" böyük sayda insanlara bir dəfəyə özünü təqdim edə biləcəyin platforma və ya mərhələdir.

"Bu, "Eurovision"da ən maraqlı şeydir, öz mahnı və kompozisiyamız ilə belə səhnəyə çıxmaq bizim üçün böyük fəxrdir. Biz nəisə qeyri-adi bir şey gözləmirik, sadəcə mümkün qədər çox insana hansı musiqini yazdığımızı və kim olduğumuzu göstərmək istəyirik. Biz sadəcə incəsənətimizi təqdim edirik və ümid edirik ki, bu, tamaşaçılar üçün yaddaqalan olacaq" , - iştirakçılar deyiblər və əlavə ediblər ki, çıxış ərəfəsində qorxu hiss etmirlər, lakin bu tapşırığa çox məsuliyyətlə yanaşırlar.

"Belə məsuliyyət fəxr və xoşbəxtlik üçün səbəbdir və düşünürük ki, biz Avstriyanı olduğu kimi - gülməli, ağıllı, cazibədar, sadə təqdim edə bilərik", - musiqiçilər vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti