Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir D.Babayeva/
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov cümə günü Moskvada Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafatlandırılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanmədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sərgidə jurnalistlərə bildirib.
"Bu, təkcə Fərhad Xəlilovun deyil, eləcə də bütün Azərbaycanın, incəsənətimizin qələbəsidir", - Vəliyev deyib.
Moskvada Mərkəzi Rəssamlar Evində Azərbaycanın xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb. Sərgidə onun 20-dən artıq işi təqdim edilib. Sərgi aprelin 6-dək davam edəcək.