...

10-cu "Junior Eurovision Song Contest"də 7 ölkə iştirakını təsdiqləyib

Mədəniyyət Materials 21 Aprel 2012 13:28 (UTC +04:00)
Avropa Yayımları Birliyi (EBU) bu il dekabrın 1-də Amsterdamda keçiriləcək 10-cu "Junior Eurovision Song Contest"də (JESC) 16 ölkənin iştirakını gözləyir.
10-cu "Junior Eurovision Song Contest"də 7 ölkə iştirakını təsdiqləyib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Avropa Yayımları Birliyi (EBU) bu il dekabrın 1-də Amsterdamda keçiriləcək 10-cu "Junior Eurovision Song Contest"də (JESC) 16 ölkənin iştirakını gözləyir.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, builki müsabiqədə artıq 7 ölkə - Ukrayna, İsveç, Belarus, Belçika, Niderland, Rusiya və Ermənistan iştirakını təsdiqləyib.

10-cu JESC şousu Amsterdamda 4000 nəfərlik tamaşaçı tutumu olan "HMH" zalında keçiriləcək.

Xatırladaq ki, Niderland müsabiqəyə artıq ikinci dəfədir ev sahibliyi edir.

Xəbər lenti

Xəbər lenti