...

Belçikanın Baş naziri "Eurovision 2012" ilə bağlı keçirilən konsertdə iştirak edib

Mədəniyyət Materials 30 Aprel 2012 18:06 (UTC +04:00)
Belçikanın paytaxtı Brüsseldə açıq havada "Eurovision 2012" mahnı müsabiqəsinə həsr olunmuş konsert keçirilib.
Belçikanın Baş naziri "Eurovision 2012" ilə bağlı keçirilən konsertdə iştirak edib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Belçikanın paytaxtı Brüsseldə açıq havada "Eurovision 2012" mahnı müsabiqəsinə həsr olunmuş konsert keçirilib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, konsertdə müxtəlif qonaqlar və 57-ci "Eurovision" yarışmasının bəzi iştirakçıları çıxış edib. Konsertdə Moldova təmsilçisi Paşa Parfeni, Rumıniya təmsilçisi "Mandinga" qrupu, Yunanıstanın "Eurovision 2012" iştirakçısı Elefteria Elefteriou ifaları ilə tamaşaçılar qarşısına çıxıb.

Ən maraqlı məqam isə Belçikanın Baş naziri Elio di Ruponun də konsertə gəlməsi olub. O, tamaşaçılarla görüşüb, hər ölkənin və xüsusən Belçikanın təmsilçisi İrisə uğurlar arzulayıb. Bundan sonra o, Elefteria ilə bir neçə foto çəkdirib.

Xəbər lenti

Xəbər lenti