...

Natiq Rəsulzadənin Azərbaycan dilində kitabı çapdan çıxıb

Mədəniyyət Materials 7 May 2012 12:42 (UTC +04:00)
Xalq yazıçısı Natiq Rəsulzadənin Azərbaycan dilində kitabı çapdan çıxıb.
Natiq Rəsulzadənin Azərbaycan dilində kitabı çapdan çıxıb

Azərbaycan, Bakı, 7 may / Trend, müxbir C.Babayeva /

Xalq yazıçısı Natiq Rəsulzadənin Azərbaycan dilində kitabı çapdan çıxıb.

Trend-in məlumatına görə, "Ev" adlı kitaba tanınmış yazıçının povest və hekayələri daxildir.

Kitaba bir çox Avropa dillərinə tərcümə olunmuş "Ev", "Atanın fotoşəkli" povestləri, eləcə də "Pəncərə", "Payız", "Xilas et və dua et", "İtirilmiş axşam" hekayələri, "Eşşək, eşşək haqqında", "Xodran insan" hekayələri daxildir.

Kitab "Çənlibel" nəşriyyatında 1000 nüsxə ilə çap olunub. Əsəri Azərbaycan dilinə Arifə Arifqızı tərcümə edib.

Kitabı Bakı şəhərinin bütün mərkəzi kitab mağazalarından əldə etmək olar.

Natiq Rəsulzadə məşhur Azərbaycan yazıçısı, dramaturqu, Azərbaycanın əməkdar mədəniyyət xadimi, Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvüdür.

Xəbər lenti

Xəbər lenti