...

"Univision" iştirakçılarının ardıcıllığı müəyyənləşib (FOTO)

Mədəniyyət Materials 11 May 2012 13:59 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında keçiriləcək "Univision" mahnı müsabiqəsinin yarımfinalında ardıcıllıq üzrə çıxış edəcək universitetlər müəyyənləşib.
"Univision" iştirakçılarının ardıcıllığı müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında keçiriləcək "Univision" mahnı müsabiqəsinin yarımfinalında ardıcıllıq üzrə çıxış edəcək universitetlər müəyyənləşib.

Trend-in məlumatına görə, bu məqsədlə bu gün püşkatma mərasimi keçirilib.

Lahiyəni həyata keçirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov mərasimdə bildirib ki, müəyyən edilən ardıcıllıq üzrə ali təhsil müəssisələri mayın 15-də keçiriləcək yarım finalda öz çıxışlarına başlayacaqlar.

Qeyd edək ki, "Univision" mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçirilir. Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür.

"Univision" tələbə mahnı yarışmasına Azərbaycanın 26 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək. Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. Səsvermə gizli tələbə şuraları tərəfindən gerçəkləşəcək.

Müsabiqə canlı olaraq "Muz TV" vasitəsi ilə yayımlanacaq.

Müsabiqənin təşkilatçılarından biri "Qızıl qala" prodakşndır.

Xəbər lenti

Xəbər lenti