...

İçərişəhərdə "Tarix uşaqlarımızın gözü ilə" adlı sərgi keçiriləcək

Mədəniyyət Materials 31 May 2012 10:47 (UTC +04:00)
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə bir sıra tədbirlər keçiriləcək.
İçərişəhərdə "Tarix uşaqlarımızın gözü ilə" adlı sərgi keçiriləcək

Azərbaycan, Bakı, 31 may / Trend müxbir K.Zərbalıyeva/

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə bir sıra tədbirlər keçiriləcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 31-də saat 16:00-da "Arxeoloji Park"da "DA-ART" uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin foto, rəsm və digər əl işlərindən ibarət "Tarix uşaqlarımızın gözü ilə" adlı sərgi təşkil olunacaq.

Sərgi zamanı uşaqlar müxtəlif tətbiqi-sənət nümunələrini əyani şəkildə hazırlayacaq və arzu edən şəxslərə qısa "master klass"lar keçəcəklər.

Tədbir Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdlərinin və 160 saylı klassik gimnaziyanın özfəaliyyət kollektivlərinin musiqili çıxışı ilə müşayiət olunacaq.

İyunun 1-i isə "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birlikdə Qoşa Qala Qapısı meydanında "Yay Xeyriyyə Bazarı" adlı xeyriyyə tədbiri keçiriləcək. Xeyriyyə bazarında bəzək əşyaları, suvenirlər və müxtəlif əl işləri satışa qoyulacaq. Toplanılacaq gəlir isə xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olan uşaqlar üçün "Yay Camp" düşərgəsinin təşkil olunmasına sərf olunacaq.

İyunun 1-də Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Numizmatika ekspozisiyasına və "Qala" qoruğuna giriş uşaqlar üçün ödənişsiz olacaqdır.

Xəbər lenti

Xəbər lenti