Azərbaycan, Bakı, 13 iyul /Trend/
Bakıda rəssam Afət Bağırovanın əsərlərindən ibarət "I love absurde" adlı sərgi keçiriləcək.
Sərginin acılışı 19 iyul, saat 19:00-da Kicik QalArt-da baş tutacaq.
İnsan beyni rasionaldır və müntəzəm sistem üzərində çalışır. Hamımız duyduğumuz dünyanın beynimiz tərəfindən qəbul edildiyi kimi olmasına əminik. Amma dünya rənglər, səslər və qoxulardan ibarət deyil. Belə ki, bunlar elmi dildə başqa cür izah olunur, məsələn, rəng Günəş fotonlarının obyektin molekullarından əks olunması nəticəsidir. Həmin qayda səslərə və qoxulara da aiddir. İnsan mahiyyəti əvvəlcədən yeniliklərə müqavimət göstərir, idrakımız rahatlığa meyillidir, o cümlədən, söhbət canlı vücudun ən qədim instinktlərindən olan bədənin təhlükəsizliyindən gedir. Dünyamız instinktlərə tabedir. Afət bizi dünyaya digər nöqteyi-nəzərdən baxmağa çağırır. O, ağlasığan surətləri və obyektləri uyğunlaşdıraraq, sanki tamaşaçıya stereotipin kəsilməsi üçün bıçaq verir. Afətin əsərlərini, instalyasiyalarını, heykəllərini və videosunu beyinlə dərk etmək tamamilə mümkündür, fikrini tamamlamaq isə yox, çünki onu ilhamlandıran hadisələrin bünövrələrini qeyri-məntiqi və struktursuz əsaslar təşkil edir.
Dünya anlayışımız əvvəl-axır məntiqi əlaqə üzərində qurulub. Hər bir hadisə əvvəl, axır, təyinat və məqsədə malik olmalıdır. Olmalıdır? Belə qərara insanmı gəlib? Qeyri-şüuriliyimizə daha dərin dalsaq və həmin dərinlikdən dünyaya baxsaq, şüurumuz tərəfindən mürəkkəb və eyni zamanda çox sadə dünyamızın qəbul olunması üçün rahat bir prizmanın yaradılmasını dərk edəcəyik.
Afətin əsərlərində heç bir hadisə izah olunmur. Məsələn, müəllifin özü də Qreys Bolun başından mayenin axması səbəbini bilmir. Hətta əsərin mənası barədə müəllifin özünə sual verilsə belə, o, tamaşaçı tərəfindən gözlənilən cavabı verməyəcək, çünki həmin əsərlər şifahiyə yox, düşüncəsizliyə, şüursuzluğa təsir etmək üçün yaradılıb. Rəssam vizual surətlərdən istifadə edərək anlayışımızda xaos yaradır. Hər əsərin dəqiq bir məna daşıması məcburiyyətində olmasına əmin olmağımız bizi məntiqi labirintə salır, Afət isə bu labirinti sındırmağa cəhd edir.
Qorxu - qeyri-müəyyənliyə, naməlumluğa reaksiyamızdır. İnsan əsrlərlə izah edə bilmədiyi hadisələri əqidələr, ehkamlar vasitəsilə "yamaqlayır", bunlar isə dinin əmələ gəlməsinə gətirib çıxarıb! Elm bu yamaqları qopardır, yalnız bü gün hətta elmin özü də cavablandıra bilmədiyi məsələləri yamaqlamaqla məşğuldur. Məntiqi tamamlıq bizim üçün bir qaydadır. Amma təbiətdə heç bir məntiqi bəndlər mövcud deyil. Beləliklə, Afətin əsərləri müasir üsullardan istifadə edərək dərinliyimizdən mahiyyətimizi çağırır. Bizim üçün rahat olan bir dünya yaratmışıq və artıq reallığı qəbul edə bilmirik.