...

Azərbaycanda bir qrup gənc kinematoqrafçı Şəfiqə Məmmədovaya dəstək məqsədi ilə müraciət edib

Mədəniyyət Materials 20 İyul 2012 15:55 (UTC +04:00)
Azərbaycanda bir qrup gənc kinematoqrafçı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovaya dəstək məqsədi ilə müraciət ediblər.
Azərbaycanda bir qrup gənc kinematoqrafçı Şəfiqə Məmmədovaya dəstək məqsədi ilə müraciət edib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bir qrup gənc kinematoqrafçı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovaya dəstək məqsədi ilə müraciət edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından cümə günü Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində olduqca maraqlı inkişaf yolu keçib və bütün bu illər boyu xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

"Biz, gənc kinematoqrafçılar, yaxşı başa düşürük ki, ölkəmizdə kino sənətinin öz ənənələrini bərpa etməsi, dünyada cərəyan edən kinematoqrafik proseslərin axarında inkişaf etməsi üçün dövlət tərəfindən ciddi tədbirlər görülür. Prezidentin sərəncamlarının mahiyyəti də elə bundan ibarətdir. Biz əminik ki, yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı kino ictimaiyyətini bu istiqamətdə səfərbər edə biləcək", - müraciətdə qeyd edilir.

Gənc kinematoqrafçılar Şəfiqə Məmmədovaya dəstək olmağa və İttifaqda öz bacarıqlarını sərf etməyə hazır olduqlarını bildiriblər.

Müraciəti imzalayanlar arasında rejissor Xəyyam Abdullayev, Elməddin Alıyev, Səbinə Bağırzadə, Atəş Davudov, Fariz Əhmədov, Rəsul Ələkbərov, aktyor Rövşən Ağayev, Rövşən İsmayılov, Bəhruz Qədirov, Murad Muradov, prodüser Əziz Əliyev, Rəşad Qasımov, Yalçın Verdiyev, aktrisa Günəş Mehdizadə, səs rejissoru Rasim Mehdizadə (Ramzes), operator Vüqar Şıxəliyev var.

Xəbər lenti

Xəbər lenti