...

Qazaxıstanda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Nə qədər ki, xatırlayıram, sağam...” adlı böyük konsert keçiriləcək

Mədəniyyət Materials 15 Avqust 2012 18:32 (UTC +04:00)
Qazaxıstan paytaxtının rəhbərliyi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Nə qədər ki, xatırlayıram, sağam...” adlı böyük konsert hazırlayır. Trend-in məlumatına gögrə, bu barədə çərşənbə günü KAZİNFORM tədbirin təşkilatçılarına istinadən xəbər verir.
Qazaxıstanda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Nə qədər ki, xatırlayıram, sağam...” adlı böyük konsert keçiriləcək

Azərbaycan, Bakı, 15 avqust / Trend/

Qazaxıstan paytaxtının rəhbərliyi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş "Nə qədər ki, xatırlayıram, sağam..." adlı böyük konsert hazırlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü KAZİNFORM tədbirin təşkilatçılarına istinadən xəbər verir.

"Avqustun 17-də SSRİ xalq artisti, müğənni Müslüm Maqomayevin 70 yaşı tamam olacaqdı. Ona olan sevgi zamana tabe olmur və sərhəd tanımır ", - agentlik yazır.

"O, həqiqətən dahi müğənni idi. Hərtərəfli istedadı ona eyni sənətkarlıqla opera ariyalarını və xalq mahnılarını, rus romanslarını və estrada hitlərini ifa etməyə imkan verirdi. Müslüm Maqomayevin populyarlığı ümumi idi. Onun keçmiş Sovet İttifaqının istənilən şəhərində hər bir çıxışı görünməmiş ajiotajla müşayiət olunur və unudulmaz hadisəyə çevrilirdi. Və ona görə də müğənninin yubiley ilində MDB-nin bir çox şəhərlərində əfsanəvi ifaçının xatirə konsertləri keçirilir. Belə görüşlər artıq may ayında Almatı və Karaqanda şəhərlərində keçirilib".

Konsert sentyabrın 21-də Astanada "Qazaxıstan" Mərkəzi konsert zalında keçiriləcək. Bu ərəfədə, yəni sentyabrın 19-da bu zalın foyesində müğənniyə həsr olunmuş fotosərgi açılacaq.

Müslüm Maqomayev dəfələrlə Qazaxısxtanda qastrol səfərlərində olub, onun xatirəsi yaddaşlarda təkcə dahi artist kimi deyil, həm də əsl iradəli, igid, azadlıqsevər, dostluqda və sevgidə sadiq olmağı bacaran kişi kimi də qalmaqdadır. Ona görə də gecənin təşkilatçıları Maqomayevin mahnılarını yalnız kişi ifaçıların oxumasına qərar veriblər. Bu mahnıların isə demək olar hamısı qadınlara həsr olunub.Konsertin daha bir xüsusiyyəti ondadır ki, iştirakçıların əksəriyyəti Qazaxıstandan, Azərbaycandan və Rusiyadan olan gənc istedadlı müğənnilərdir. Lakin burada Alibek Dnişev, Lev Leşenko kimi əsl səhnə ustaları da çıxış edəcəklər.

SSRİ xalq artisti, müğənninin ilham pərisi, onun bütün həyatının sevgisi Tamara Sinyavskaya gecənin fəxri qonağı olmağa razılıq verib. Onlar birlikdə 34 xoşbəxt il yaşayıblar...

Konsertdə Müslüm Maqomayevin repertuarından bütün xalq tərəfindən sevilən mahnılar səslənəcək, yaddaşlarda onun biqorafiyasının parlaq səhifələri canlanacaq.

Xəbər lenti

Xəbər lenti