...

"Yer kürəsi uşaqların gözü ilə" layihəsinə müraciətlərin qəbulu davam edir

Mədəniyyət Materials 6 Sentyabr 2012 15:49 (UTC +04:00)
"Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsi ətraf mühitlə bağlı önəmli məsələləri uşaqların gözü ilə göstərərək maarifləndirmənin səviyyəsini artırmaq üçün böyük bir şansdır.
"Yer kürəsi uşaqların gözü ilə" layihəsinə müraciətlərin qəbulu davam edir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

"Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsi ətraf mühitlə bağlı önəmli məsələləri uşaqların gözü ilə göstərərək maarifləndirmənin səviyyəsini artırmaq üçün böyük bir şansdır.

Bu qlobal təşəbbüs uşaq və gənclərə ətraf mühiti öz gözləri ilə gördükləri kimi əks etdirməyə və planetimizin üz-üzə qaldığı problemləri araşdırmağa imkan verir. Ümid edirik ki, probleməri uşaqların gözü ilə görmək böyükləri lazımi tədbirlər görməyə vadar edəcək.

Beynəlxalq festival və sərgidən ibarət olacaq müsabiqə ailələr, iş adamları, siyasətçilər və digərlərini düşünməyə və tədbirlər görməyə çağıracaq fotoşəkilləri nümayiş etdirmək üçün böyük bir platformadır.

Ümid edirik ki, "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" mövzusunda çəkdiyiniz fotoşəkillərlə müsabiqəyə qatılacaq, planetimizin üzləşdiyi problemlərə həssas yanaşmağınızı nümayiş etdirib, bununla bağlı öz köməyinizi və təcrübənizi bizimlə bölüşəcəksiniz.

Biz kimik?

"Yer kürəsi uşaqların gözü ilə 2012" Beynəlxalq foto müsabiqəsi IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) kampaniyasının təşəbbüsü və fotoqraf və "Ainaworld" qeyri-hökümət təşkilatının yaradıcısı Reza ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə IDEA-nın sponsorluğu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, WPO (Dünya Fotoqrafçılıq Təşkilatı), Böyük Britaniyanın "National Geographic" uşaq jurnalı, "Ainaworld" qeyri-hökumət təşkilatı, SDN, "FotoEvidence" və "Webistan" Foto Agentliyi tərəfindən dəstəklənir.

Kimlər iştirak edə bilər?

Müsabiqə bütün ölkələrdən olan rezidentlər üçün açıqdır. İştirakçılar 17 və ya daha aşağı yaş qrupundan olmalıdırlar. Müsabiqəyə daxil olmaq üçün ən azı 2 şəkil təqdim etməlisiniz - birinci şəkildə "Mən təbiəti sevirəm" mövzusu, digər şəkildə isə "Mən çirklənmədən qorxuram" mövzusu təsvir olunmalıdır.

Müsabiqə fotoqraf Rezanın sədrliyi ilə dünyanın müxtəlif hissələrindən olan foto və incəsənət ekspertlərindən ibarət hakimlər Paneli və Məsləhət Şurası tərəfindən qiymətləndirilir və açıq səsvermə nəticəsində "Tamaşaçı simpatiyası prizi" təltif olunacaq. Fotolar yalnız rəqəmsal fayl şəklində yüklənərək müsabiqənin saytı www.childrenseyesonearth.com səhifəsinə onlayn təqdim edilə bilər.

Önəmli tarixlər

Konkurs iştirak üçün açıqdır. Müraciətlər üçün son tarix 15 sentyabr 2012-ci ildir. Münsiflər heyəti və Məsləhət Şurasının üzvləri 16 sentyabr 2012-ci ildən başlayaraq müsabiqəyə daxil olan fotoşəkilləri qiymətləndirməyə başlayacaqlar.

Qaliblər 30 sentyabr 2012-ci il tarixində elan olunacaq. Festival və sərgi 2012-ci ilin oktyabr ayının son həftəsində Bakıda keçiriləcək, bundan sonra fotolar dünyanın ən iri şəkillərində təqdim olunacaq.

Mükafatlar

1ci yer: SLR kamera, noutbuk, şəkil çap edən qurğu
2ci yer: SLR kamera, iPad, şəkil çap edən qurğu
3cü yer: SLR kamera və şəkil çap edən qurğu
"Tamaşaçı simpatiyası prizi" - SLR kamera, şəkil çap edən qurğu

Bütün qaliblər rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, festival və sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ qazanacaqlar.

Daha ətraflı məlumat almaq və ya fotolarınızı göndərmək üçün müraciət edə bilərsiniz:

Loren Carvis Lidiya Norel
"Yer kürəsi uşaqların gözü ilə" layihəsinin baş redaktoru
Tel: +44 (0) 7831 660705 Tel: +33 1 53 19 83 83
Email: lauren.jarvis@webistan Email: [email protected]

IDEA Kampaniyasının təsisçisi Leyla xanım Əliyeva məşhur fotoqraf Reza ilə birlikdə "Yer kürəsi uşaqların gözü ilə" layihəsini təşkil edir. "Yer Kürəsi Uşaqları Gözü ilə" Fotofestival və sərgisinin sponsor olaraq 12 İyul 2011-ci ildə Azərbaycanda Leyla Əliyeva tərəfindən əsası qpyulmuş IDEA qeyri-hökümət təşkilatı çıxış edir. Leyla Əliyeva ətraf mühitin mühafizəsi hərəkatının, humanitar layihələrin fəal iştirakçısı, eyni zamanda da rəssamdır. IDEA ətraf mühit məsələləri haqqında məlumatlandırmanı artırmaq və ekoloji problemlərin həllərinin araşdırılmasını ailə, cəmiyyət və ölkənin əsas vəzifələri etmək üçün çalışır. IDEA Kampaniyası öz fəaliyyətində dialoq, fəaliyyət, rəhbərlik və təhsil komponentlərini rəhbər tutur.

Məşhur fotoqraf Reza Diqqəti IDEA Kampaniyasının təsisçisi Leyla xanım Əliyeva ilə birlikdə "Yer kürəsi uşaqların gözü ilə" layihəsini təşkil edir. Bir xeyriyyəçi, humanist, memar və qeyri-adi fotoqraf kimi, Reza yüzdən artıq ölkəni gəzərək həm münaqişələrin və insan fəlakətlərinin, həm də bəşəriyyətin gözəlliklərinin şəklini çəkib. 1983-cü ildən bəri o, saysız fotoqraf treninq proqramları keçirib və 2001-ci ildə "Ainaworld" uşaqların təhsili ilə bağlı qeyri-hökumət təşkilatı yaradıb. Rezanın şahid ifadələri beynəlxalq kütləvi informasiya vasitələri, kitablar, sərgilər və sənədli filmlər vasitəsi ilə çatdırılıb və o, dünyanın ən çox mükafatlandırılmış fotoqraflarından biri olub.

Reza deyir: "Dünya mənim gördüyüm sahədir. Müharibədən sülhə, poeziyanın təsvirolunmaz anları kimi, mənim şəkillərim bəşəriyyətimizin sübutu kimidir, çünki biz dünyanın bizə bəxş etdiyi yollarla gedirik".

Xəbər lenti

Xəbər lenti