...

Polad Bülbüloğlu: Nə qədər zaman keçsə də, bu yara sağalmayacaq

Mədəniyyət Materials 26 Sentyabr 2012 17:58 (UTC +04:00)
Atam öləndə mənim 16 yaşım var idi və nə qədər zaman keçsə də, bu yara sağalmayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çərşənbə günü Fəxri xiyabanda atasının məzarı önündə keçirilən anım mərasimində deyib.
Polad Bülbüloğlu: Nə qədər zaman keçsə də, bu yara sağalmayacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir M.Əliyev/

Atam öləndə mənim 16 yaşım var idi və nə qədər zaman keçsə də, bu yara sağalmayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çərşənbə günü Fəxri xiyabanda atasının məzarı önündə keçirilən anım mərasimində deyib.

Anim mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, ictimai xadimlər iştirak ediblər.

Qeyd edək ki, Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. 1940-cı ildə professor seçilib. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub. Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub. O, SSRİ-nin 2 dəfə "Lenin" ordeninə, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın "Qaribaldi" ordeninə və medallara layiq görülüb.

Xəbər lenti

Xəbər lenti