...

Abdulla Şaiqin xatirə lövhəsinin açılışı olacaq

Mədəniyyət Materials 29 Oktyabr 2012 16:44 (UTC +04:00)
Oktyabrın 31-də, saat 15:00-da Abdulla Şaiqin ev muzeyində böyük ədibin xalq rəssamı Natiq Əlıyev tərəfindən hazırlanmış barelyefli xatirə lövhəsinin açılışı və 130 illiyinə həsr olunmuş "Əgər Şaiq olmasaydı" kitabının təqdimat mərasimi keçiriləcək.
Abdulla Şaiqin xatirə lövhəsinin açılışı olacaq

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabrın 31-də, saat 15:00-da Abdulla Şaiqin ev muzeyində böyük ədibin xalq rəssamı Natiq Əlıyev tərəfindən hazırlanmış barelyefli xatirə lövhəsinin açılışı və 130 illiyinə həsr olunmuş "Əgər Şaiq olmasaydı" kitabının təqdimat mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirə nazirliyin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Abdulla Şaiq yaradıcılığını tədqiq edən alimləri, kitabda məqalələri çap olunan müəlliflər, muzeylərin əməkdaşları və digər qonaqların iştirakı gözlənilir.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbi fikir tarixində xüsusi yeri və xidmətləri olan Abdulla Şaiqi bir daha yad etmək və respublikamızın ədəbi-elmi ictimaiyyətini yazıçının zəngin irsinə dair yeni araşdırmalarla tanış etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti