...

Xalça Muzeyində "Silinməz iz" adlı sərgi keçirilib (FOTO)

Mədəniyyət Materials 16 Noyabr 2012 17:11 (UTC +04:00)
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Silinməz iz” adlı sərgi və "dəyirmi masa" keçirilib.
Xalça Muzeyində "Silinməz iz" adlı sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Silinməz iz" adlı sərgi və "dəyirmi masa" keçirilib.

Trend Bakı Şəhər Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva bildirib ki, bugünkü "dəyirmi masa" xalq rəssamı Lətif Kərimovun anadan olması münasibətilə təşkil olunub.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd xalça mədəniyyəti tarixində özündən sonra dərin iz buraxan ustad sənətkarın yaradıcılığını, yaratdığı əsərləri, sənətə gətirdiyi yenilikləri, eləcə də qədim xalça sənətini, onun mahiyyətini gənc nəslə aşılayıb, onlarda bu sənətə maraq, həvəs, məhəbbət hissi yaratmaqdır.

Tədbir münasibətilə həmçinin "Açıq qapı" günü elan olunub və gələn qonaqlar L.Kərimovun həyat və yaradıcılığı haqqında mühazirələr dinləyib, sənətkara həsr olunan filmə baxıblar.

Sərgidə sənətkara məxsus şəxsi əşyalar, 2 cildlik "Lətif Kərimov fenomeni" adlı kitab, "Şəbi-hicran", "Ləçək-turunc" xalçaları nümayiş olunub.

Qeyd edək ki, bu il Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yaranmasının 45 illik yubileyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti