...

Hindistanda Nizami Gəncəviyə həsr edilmiş tədbirlər keçiriləcək

Mədəniyyət Materials 28 Noyabr 2012 15:41 (UTC +04:00)
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar Hindistanda bır sıra tədbirlər keçiriləcək.
Hindistanda Nizami Gəncəviyə həsr edilmiş tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar Hindistanda bır sıra tədbirlər keçiriləcək.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, tədbirlər Hindistanın İ.Qandi adına Mədəniyyət Mərkəzi ilə birgə keçirilir.

Yubileylə əlaqədar noyabrın 29-dan dekabrın 1-dək Nyu Dehli şəhərində Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi təşkil olunacaq.

Azərbaycanı həmin tədbirlərdə AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin bir qrup işçisi təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti